|
Tovuzda zəncirvari yol qəzası baş verib, 2 nəfər yaralanıb

Tovuz rayonunda baş vermiş zəncirvari yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, bunlar 1970-cı il təvəllüdlü Babayev Mahir Əsəd oğlu və 1969-cu il təvəllüdlü İsmayılov Yaşar Bayram oğludur.

Hər iki şəxsin müalicəsi davam etdirilir.

Qəza nəticəsində daha bir nəfərin isə yüngül xəsarət aldığı və ona hadisə yerində ambulator yardım göstərildiyi bildirilir.