Bakı Caz Festivalı çərçivəsində növbəti konsert təqdim edilib. Belə ki, oktyabrın 25-də “Rotunda Jazz Club”da Norveçin məşhur pianoçusu Helge Lien Trionun konserti olub.
Gecədə norveçli pianoçu özünün bəstələrindən ibarət kompozisiyalarını musiqisevərlərə təqdim edib.
Tamaşaçıların zövqünü oxşayan norveçli ifaçının çıxışı maraqla qarşılanıb.
