Məşhur müğənni Madonna aşpaz axtarır.
Sənətçi aşpaza illik 110 min funt-sterlinq (Təxminən 241 min AZN) əmək haqqı ödəyəcək.
Müğənni bildirib ki, yeni işçisi onunla birgə London, Lissabon və Nyu-Yorkdakı evlərinə də yollanmalıdır.
Madonnanın digər tələbi isə aşpazın ona kaşer (Yəhudi inanclarına uyğun hazırlanan) yeməklər bişirməsidir.
