|
Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanıldı

Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarus Respublikasının ərazisində saxlanılıb.

 

F.Quliyev Azərbaycana ekstradisiya edilib.