|
İranda yol qəzası: 6 ölü, 9 yaralı

İranın Bəndər Abbas-Lar şosesində yük maşınının “Pejout 405” markalı avtomobillə toqquşması nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Trend-in məlumatına görə, ötən gecə baş verən hadisədə qəzaya uğrayanlar Əfqanıstan vətəndaşları olublar.

 

Yaralıların 8-i Lar şəhərinin İmam Rza xəstəxanasına köçürülüb. Bir nəfər isə müalicə olunaraq buraxılıb.