|
Ebeko vulkanı 4,5 km hündürlüyünə tüstü püskürüb

Kuril adası Paramuşirin şimalında yerləşən Ebeko vulkanı 4,5 kilometr hündürlüyünə tüstü püskürüb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, tüstü vulkandan şərq istiqamətində yayılmağa başlayıb.

 

Bildirilir ki, külün yerə düşməsi müşahidə olunmur, hidrogen sulfidi qoxusu hiss olunmur. Əhali üçün təhlükə yoxdur.