Şəmkirin keçmiş başçısı Aslan Aslanov hücumlar dəf etdi.
Tia.az xəbər verir ki, Lamiyənin azadlığa buraxılmasından sonra eks - başçı ilə bağlı kampaniya səngidi. Onun əleyhinə gedən yazılar fakt olduğu qədər, kompromat savaşında istifadə olunan materiallar idi. Bəzi qaynaqlar Aslanovun həbsi üçün zəmin yetişdiyini iddia edirdi. Amma A.Aslanov dayaqlarını itirsə də, son şanslarından istifadə etməklə həbs təhlükəsini qismən sovuşdurdu. Bununla belə, onun barəsində cinayət işi başlanacağı hər zaman aktualdır. Xatırladaq ki, onun oğulu Ruslan Aslanovu öldürən Lamiyənin həbsdə ana olması xəbəri ölkədə rezonans doğurdu. Lamiyə Quliyeva azadlığa çıxsa da, A.Aslanovun qanunsuz əməlləri ictimailəşdirildi.
