|
Tovuzda 60 yaşlı kişi naməlum şəraitdə xəsarət aldı, döş qəfəsi və qabırğaları qırıldı

Tovuz sakini naməlum şəraitdə ağır xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Allahyarov Rəfail Qara oğlu sol döş qəfəsi və qabırğaların sınığı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Yaralı yaşadığı evdə yıxılaraq xəsarət aldığını deyib.

Faktla bağlı araşdırma aparılır.