|
Astanada Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçiriləcək

Oktyabrın 24-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin və məşhur müğənni, SSRİ Xalq artisti İosif Kobzonun yaradıcılığına həsr olunan konsert keçiriləcək.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən bildiriblər ki, Astana qubernatorluğunun təşkilatçılığı və Azərbaycanın diplomatik korpusunun dəstəyi ilə keçiriləcək konsertdə müğənnilərin repertuarından mahnılar ifa olunacaq.

“İnsanla qalacaq mahnı” adlı musiqili layihədə Qazaxıstanın və beynəlxalq müsabiqələrin laureatları, əməkdar xadimləri çıxış edəcəklər.