|
Məşhur cütlüyə şad xəbər
Türkiyəli aktyor Tolqahan Sayışman və Almeda Abazi cütlüyünün övladı dünyaya gələcək.

 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müayinə üçün xəstəxanaya yollanan Almeda hamilə olduğunu öyrənib. Bu barədə elə Abazinin özü məlumat verib. 

Qeyd edək ki, ikili ötən il fevralın 13-də Los Ancelesdə ailə qurub.