|
Azərbaycan Prezidenti Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.