|
Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanıldı

Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanılıb. Trend-in məlumatına görə, girovlar azad edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

X X X

Türkiyənin Qaziantep vilayətindəki hərbi hissələrin birindən qaçan əsgər ticarət mərkəzinin işçilərini girov götürüb.

 

Trend-in məlumatına görə, hadisə yerinə hərbçilər, həmçinin polis əməkdaşları gəliblər. Girovların azad edilməsi üçün iş aparılır.

Hələ ki əsgər girovların azad edilməsi şərtlərini açıqlamayıb.

Girovların sayı bilinmir.