|
Türkiyə sahillərində gəmi batıb, 30 miqrant itkin düşüb

Aralıq dənizinin Muğla vilayəti sahillərində gəmi batıb.

Trend-in Türkiyənin Sahil Mühafizəsinə istinadən verdiyi məlumata görə, gəmidə qeyri-qanuni miqrantlar olub.

Hadisə nəticəsində 30 nəfərin itkin düşdüyü bildirilir.

 

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, oktyabrın 10-da İzmir sahillərində də gəmi batmış, 8 nəfər həlak olmuşdu.