|
Müslüm Gürseslə bağlı filmə 21 milyon xərclənib

Mərhum musiqiçi Müslüm Gürsesin həyatından bəhs edən “Müslüm” filmi oktyabrın 26-da nümayiş olunacaq. 

Müslüm Gürsesi Timuçin Esenin, Muhterem Nuru Zerrin Tekindorun canlandırdığı film büdcəsi ilə gündəmə gəlib. 

Ekran işinə 21 milyon lirə (təxminən 7 milyon manat) xərclənib. Çəkilişləri 1 il davam edən film ifaçının ailə üzvlərinin də xoşuna gəlib. Prodüserlər ekran işini ən az 4 milyon insanın izləyəcəyinə əmindir.