|
TAP-ın Albaniyadakı dəniz sahəsinin tikintisi üzrə işlər başlayıb

Albaniyada Trans-Adriatik boru kəmərinin (TAP) 105 kilometrlik dənizdən keçən sahəsinin tikintisi üzrə işlər başlayıb.

Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

 

Bu sahədə tikintinin 2019-cu ildə, TAP qrafikinə uyğun olaraq başa çatdırılması planlaşdırılır.

Bundan başqa, qeyd olunub ki, TAP layihəsinin 80 faizdən çoxu başa çatdırılıb və işlər bütün standartlara uyğun həyata keçirilir.