|
Bakıda 12 nəfər bayram tonqalında yandı

Ötən axşam Bakıda bayram tonqalında 12 nəfər yanıb.

Hadisələr paytaxtın müxtəlif ərazilərində qeydə alınıb.

Xəsarət alanların bəziləri tonqalın üstündən tullanarkən yanıblar. Bəziləri isə tonqalın yanında oddan çıxan qığılcım nəticəsində xəsarət alıblar.

Tonqalda yananlardan 2-si 10 yaşlı uşaqlardır. Hadisənin biri Əhmədli qəsəbəsində qeydə alınıb. Orada qalanan tonqaldan tullanarkən 10 yaşlı uşaq xəsarət alıb. Onu xəstəxanaya yerləşdiriblər.

Digər hadisə isə Qubustan rayonunda qeydə alınıb. Burada da 10 yaşlı şəxs tonqaldan tullanarkən xəsarət alıb.