|
Sabunçu rayonunda üçmərtəbəli 8 otaqlı ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan üçmərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və ona bitişik inzibati bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.