|
Oğurluq etmək üçün fərqli kostyum aldı

Ninza kostyumu geyinən oğru Amerikanın Ankoric şəhərindəki komikslər dükanından oğurluq edib.

 

Bu barədə lenta.ru saytı KTVA CBS telekanalına istinadən xəbər verib. Qarət iki gün öncə baş verib. Naməlum şəxs bağlı mağazaya girib, zalları ələk-vələk edib və piştaxtadakı oyuncaqlardan birini oğurlayaraq qaçıb. Polis şübhələnir ki, bunu edən professional oğru deyil. Çünki belə biri olsaydı, kassadakı pullara və digər dəyərli oyuncaqlara da əl uzadardı. Ehtimal edilir ki, bu, uşağının hədiyyə istəyini yerinə yetirə bilmədiyi üçün oğurluq edən bir atanın əməlidir.