|
Özünü yalandan xərçəng xəstəsi kimi göstərdi və həbs olundu

Avstraliya sakini Lüsi Viland yalandan özünü xərçəng xəstəsi kimi təqdim etdiyi üçün həbs olunub. Bu barədə “Daily Mail” nəşri xəbər verib. Kvinslend ştatındakı Taunsvill şəhərində yaşayan qadın 18 oktyabrda məhkəmə qarşısına çıxıb. 27 yaşlı qızı dələduzluqda ittiham ediblər.

O, bloq yaradaraq orada xərçəng xəstəsi olaraq pul yığmağa başlayıb. O, hamıya deyib ki, yumurtalıqlarındakı xərçəng pik həddədir. Hamını xəstə olduğuna inandırmaq üçün Viland başını keçəl qırxdırdı və xəstəxanada şəkil çəkdirdi. 

ABC News-un verdiyi xəbərə görə, hərbi qüvvələrdə xidmət edən sevgilisi də ona baş çəkmək üçün icazə alıb, yanına gəlib. Polis hələ də bilmir ki, sevgilisi onun gerçəkdən xəstə olub-olmadığından xəbərdar idi, ya yox. Bu müddət ərzində qız xəstəlik adı ilə 55 min Avstraliya dolları yığmağa nail olub. Detektiv Kris Losonun dediyinə görə, bəzi şəhər sakinləri Vilandın o qədər də parlaq olmayan keçmişi barədə danışıblar. İndi isə istintaq onun bu qədər pulu nəyə xərclədiyini aydınlaşdırmağa çalışır. GoFundMe-dəki səhifə və Vilandın bloqu artıq silinib. İstintaqın Viandın hərəkətindən zərər çəkən hər kəsin bu barədə məlumat verməsini xahiş edir. Qız girov qarşılığında azadlığa çıxıb və dekabrda yenidən məhkəmə qabağına çıxıb.