|
Kamçatka yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib

Kamçatka sahilərində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 240 kilometr aralıda, ocağı isə 44 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb.