|
Türkiyə müstəntiqlərinin İstanbulda səudiyyə baş konsulunun iqamətgahında axtarışları başa çatıb

Türkiyə müstəntiqlərinin İstanbulda Səudiyyə Ərəbistanı baş konsulunun iqamətgahında axtarışları başa çatıb.

Trend-in məlumatına görə, axtarışlar jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilib.

 

Məlumata əsasən, müstəntiqlər iqamətgahda 9 saata yaxın axtarışlar aparıblar.