|
Twitter-dən azərbaycanlı hakerə mükafat

“C37HUN” ləqəbli azərbaycanlı haker Ceyhun Cəfərov twitterin rəsmi saytında boşluq tapıb.

Bu barədə “Qafqazinfo”ya xəbər verən haker bildirib ki, o həmin məlumata görə, twitter tərəfindən rəsmi olaraq mükafatlandırılıb. Bu günə kimi twitterdə rəsmi olaraq 74 haker boşluq tapıb.

Qeyd edək ki "C37HUN" dəfələrlə mail.ru şirkəti tərəfindəndə rəsmi təşəkkür alıb.