Oktyabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı” mövzusunda konfrans keçiriləcək.
Bu barədə Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, konfransda müstəqillik dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı mövzusunda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.
