Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın keçmiş əri, aktyor Tolqa Karel imicini dəyişib.
O, saçlarını keçəl kəsdirib. Fotoları sosial şəbəkələrdə yayılan Tolqanı görənlər onu tanımaqda çətinlik çəkiblər. Aktyorun kökəldiyi də gözdən yayınmayıb.
Xatırladaq ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. elə həmin il Çikaqoya köçərək orada turizm şirkəti açıb. Onun Saradan Mia adlı yaş yarımlıq qızı var.





