|
Dünyanın ən qəribə cütlükləri - şok faktlar

Bu günlərdə Azərbaycan mətbuatında bir-birindən ilginc evliliklər barədə xəbərlər gedir. Özündən yaşca kiçik və ya böyük insanların qurduğu ailələr, qəribə qaçırılma hekayələri və sair medianın ən çox müzakirə etdiyi mövzulardandır. Amma sən demə, dünyada o qədər əcaib evliliklər, sevgi hekayələri var ki.... bütün bunlar insana ancaq “sevginin gözü kordur” dedirdə bilər.

“Yeni Müsavat” “Milliyet” qəzetinə istinadən dünyanın ən qəribə, ən əcaib, ən maraqlı münasibətlərinin siyahısını hazırlayıb.

El Tomaini ile ilgili görsel sonucu

Dünyanın ən uzunu ilə ən qısası evlənibsə...

1912-ci ildə dünyaya gələn Əl Tomaininin boyu hipofiz hüceyrələrinin aktiv olmasına görə 2.54 santimetrə qədər uzanıb. Dünyanın ən uzun adamı olaraq bilinən Tomaini 1936-cı ildə doğuşdan ayaqları olmayan Cini ilə tanış olub və bir-birlərinə aşiq olublar. Sadəcə, 60 santimetr olan Cini akrobatik qabiliyyətləri ilə tanınırdı. Qaçaraq evlənən cütlük sevgiləri ilə hər kəsi özlərinə heyran qoyublar və illər sonra belə adlarından söz etdirirlər.

Qadın olaraq tanış olub, kişi kimi evlənən cütlük

Keyt Buşnelinin 2 ildir birlikdə yaşadığı sevgilisi Abbie Games ona uşaqlığından bəri kişi olmaq istədiyini deyincə çox qəribə durum yaranıb. Amma o, yenə də sevdiyi qadına dəstək olmağa qərar verib. Sevgilisinin hormon müalicəsi zamanı o da hiss edib ki, özünü qadın bədəninə sıxışmış bir kişi kimi hiss edir. Bunu hiss edən kimi o da cinsiyyətini dəyişdirməyə qərar verib. Lezbiyan cütlük indi iki kişi olaraq evlənməyi planlaşdırır.

İlgili resim

Kök qadın və əzələli sevgilisi

Gloria Shuri Nava adlı gözəllik bloqqeri artıq çəkinin onun xoşbəxtliyinə mane olmasına icazə vermir. Kök qadını 22 yaşlı sevgilisi Alinin yanında görənlər gənc qadını daim aşağılayırlar. Belə yaraşıqlı və əzələli bir kişinin şişman qadınla bərabər olmasına heç bir məna verə bilmirlər. Amma cütlük bütün tənqidlərə qulaqlarını qapadıb.

İlgili resim

Yaşın nə fərqi var ki...

Kyle Jones adlı 31 yaşındakı adam nənəsi yaşında qadınlarla sevgili olur və hətta onları 50 yaşındakı anası ilə tanış etməyi də unutmur. Kyle son 5 ildir 91 yaşındakı Marjorie McCool ilə birlikdədir. Aralarında 60 yaş fərq olan cütlük aktiv cinsi həyatları olduğunu iddia edirlər.

Dünyanın ən güclü cırtdanı ilə trans sevgilisi

Dünyanın ən güclü cırtdanı olaraq bilinən 1.30 metr uzunluğundakı Anton Kraft özündən 4 dəfə ağır olan əşyaları qaldıraraq rekordları alt-üst etdikdən sonra 1.90 uzunluğundakı transseksual sevgilisi Çina Bell ilə evlənməyə qərar verib.

Elisany da Cruz Silva ile ilgili görsel sonucu

Dünyanın ən uzun gəlini

Elisani da Cruz Silva Braziliyanın ən uzun gənci olmaqla yanaşı, indi də dünyanın ən uzun gəlini olmağa hazırlaşır. 203 santimetr boyu olan qadın özündən 41 santimetr qısa olan sevgilisi Francinaldo da Silva Carvalho ilə evlənməyə qərar verib.

İlgili resim

Anoreksik Lizzie Elsburg bir qidalanma xəstəliyi üzrə klinikada şişman Çris Glasgou ilə tanış olanda cəmi 40 kilo idi. Çris isə 190 kilo. Qısa müddət ərzində görüşməyə başlayan cütlük cəmi bir neçə ay sonra evlənib. Bir araya gələndən sonra Lizzie sağlam bir şəkildə 54 kiloya qədər çatıb. Çris isə 63 kilo itirməyə nail olub.

9 yaşındaki Cayla Cooper həyat yoldaşı axtarmaq üçün çox gəzməli olmayıb. Cayla iki ildir ki, talassemiya xəstəliyi ilə mübarizə aparır. O, müalicə edildiyi xəstəxanada 7 yaşlı Cose Griqs adlı oğlanla tanış olub və təntənəli şəkildə onunla evlənib.

Fabien Pretou və Natalie Lucius aralarında ən çox boy fərqi olan cütlükdür. Ərin boyu 188.5 sm, həyat yoldaşının ki, isə 94 sm-dir.

112 yaşındaki somalili bəy özündən 95 yaşlı kiçik qızla ailə həyatı qurub. Əhməd Muhamməd Dore və Safia Abdulleh eyni kənddə yaşayarkən tanış olublar.

Duqlas Breqer da Silva və Klaudia Roşa 1998-ci ildə Brazilyada evləniblər. Bəyin boyu 90 sm, gəlinin ki isə ondan 3 sm böyükdür.

60 il əvvəl evlənən Boris və Anna Kozlov yalnız 3 gün evli qalıblar. O vaxt Boris müharibədə iştirak etmək üçün cəbhəyə yollanıb. Qayıdandan sonra isə həyat yoldaşının Sibirə sürgün edildiyini eşidib və onu tapa bilməyib. Nəhayət, 60 il sonra 80 yaşlı cütlük biri-birini tapa bilib.

İnternetdən tanış olub evlənən cütlüklər artıq heç kimi təəccübləndirmir. Texas və Floridadan olan gənclərin tanışlığı isə özünəməxsusluğu ilə seçilir. internetdə tanışan cütlüklər eyni ad və soyada sahibdirlər. Kelli Hildebrandt adlı qadın və kişi bir müddət görüşəndən sonra evləniblər.

Anna Haininq Svan dünyaya gələndə 9 kq çəkisi olub. 5 yaşında isə qızın boyu 140 sm olub. 2 metrdən artıq boyu olan qadın 219 sm boyu olan Martin Van Burenlə ailə həyatı qurub. Onların boylarının uzunluğu 4,5 metrdən artıq olub.

İngiltərədə yaşayan Nansi və Donald adlı cütlük ölkənin ən qəribə cütlüyü hesab edilir. 35 il əvvəl ailə həyatı qurmuş cütlük hər zaman eyni paltarlar geydikləri üçün məşhurlaşıblar. Yaşlı ər-arvad evləndikdən sonra yalnız həftə sonları eyni rəngdə olan paltarları geyinməyə başlayıblar. Daha sonra isə günün hər saatında, hər yerə eyni paltarları geyinməyə qərar veriblər. Nansi tikiş tikməyi öyrəndikdən sonra onlar üçün hər şey asanlaşıb. Artıq onlar mağazadan paltar almırlar. Nansi ərinə və özünə eyni paltarları tikir. 

31 yaşlı Kayl Cons və 91 yaşlı Marconi Makkul. Cütlük 2009-c ildən görüşür. Onları görən nənə və nəvə olduğunu zənn edir. Kaylın dediyinə görə, həmyaşıdları ilə münasibət qurmaq onu maraqlandırmır. Bəziləri isə onu hiyləgərlikdə ittiham edir. Bir çoxları isə onların saf sevgisinə inanır.

Hər kəsin “Harri Poter” filmindən tanıdığı aktyor Vern Troyer Playboy modeli Cenis Qallen ilə 2004-cü ildə evlənir. Onların münasibətlərindəki qəribəlik boylarındadır. Belə ki, aktyor 82 santimetr, model isə 188 sm. boya malikdir.

Hindistandan olan 18 yaşlı Manqli Munda Şer isə adlı sahibsiz itlə ailə qurub. Kənd camaatı onların nikah bağlamasını istəyib. Kənd ağsaqqalları hesab edib ki, belə olanda halda qız kəndin üzləşəcəyi qara qüvvələrdən uzaq olacaq.

28 yaşlı çinli gəlinciklə ailə qurub. Həkimlər gəncdə xərçəng xəstəliyi aşkarladıqarı üçün o, nikaha razı olur. Belə ki, o ölümündən sonra hansısa qızın əzab çəkməsini istəmir. Buna görə də seks-gəlinciklə ailə qurmağa razılıq verir. Hətta o, “həyat yoldaşı” üçün gəlinlik də alır.

Dünyanın ən tüklü kişisi və xanımı: Çindən olan 32 yaşlı Yuy Cünxuanın bədəninin 96%-i qalın tüklə örtülüb. Lakin bu, ona həyatının sevgisini tapmaqda mane olmayıb.

Britaniya qraflığından olan Qreys Qedler özü ilə ailə qurub. O, 50 nəfərlik toy məclisi də təşkil edib. 6 il heç bir kişi ilə münasibəti olmayan Qreys sonda ona heç kəsin lazım olmadığı qərarına gəlib.

İngiltərədən olan Barbarella Bühner isə iki pişiyi ilə evlilik mərasimi təşkil edib. 48 yaşlı gəlin bal ayını Kanar adalarında keçirib.

Dünyanın cinslərini dəyişmiş ilk cütlüyü: ilk baxışdan Arin Endors və Keti Hill adi cütlüklərdən heç nə ilə fərqlənmir. Belə ki, onlar dünyada cinsi mənsubiyyətini dəyişmiş ilk cütlükdür.

ABŞ-dan olan 38 yaşlı Çariti Pirs 358 kiloqram çəkiyə sahibdir. Onun sevgilisi 22 yaşlı gənc isə normal çəkilidir. Lakin nə artıq kiloları, nə də yaş fərqi onların sevgisinə mane olmayıb. Cütlük yaxın zamanlarda evlənmək də istəyir.

9 yaşlı Cayka Kuper leykemiyadan əziyyət çəkir. O, 7 yaşlı Xose ilə tibb mərkəzində tanış olub. Cayka toy arzusunda idi, buna görə də Xose ona evlilik təklifi edir. Lakin qızcığaz 2009-cu ildə vəfat edir.

Aleksis Stivens və Kristian Parsons cütlüyünün atdığı maraqlı addım dünya mediasının diqqət mərkəzindədir. Cütlük məişətdə işlədilən bir çox əşyaların lazımsız olması qənaətinə gələrək onları küçəyə atıblar. Bundan sonra arzuladıqları kiçik, təkərli evi tikməyə başlayıblar. Belə ki, 20 min dollara ev tikən cütlük mənzilə ən zəruri əşyaları yerləşdiriblər. Aleksis Stivens və Kristian Parsons hazırda həmin evlə tez-tez xarici səfərlərə çıxır, habelə təbiət qoynunda dincəlirlər.

Maraqlı cəhət burasındadır ki, cütlük kiçik daxili gözəlliyi və sadəliyi ilə də seçilir. Bir çoxları Aleksis Stivens və Kristian Parsonsu dünyanın ən qəribə cütlüyü adlandırır.

Onlar niyə evlənirlər?

Psixoloqlara görə, bir çox hallarda bu cür izdivaclara gedən insanlar psixoloji baxımdan özlərini tamamlamağı hədəfləyirlər. Daha doğrusu, bir çoxu sırf qəribəlik yaratmaq, dünya gündəmində yer almaq, populyarlıq qazanmaq üçün belə addım atırlar. Bundan başqa, Avropada bu sayaq cütlüklərin pul qazanma imkanları da çox olur. Belə ki, onlar reklama çəkilmək, hansısa kampaniyalarda iştirak etmək, ödənişli şəkildə tok-şoulara çıxmaq təklifi alırlar. Yəni, bu məsələyə biznes kimi baxanlar da az deyil.

Bundan başqa, bir-birinə əks-görüntü və xarakterli insanların bir araya gəlməsi əsasən psixoloji hadisə sayılır. Çünki onlar ortaq olmayan cəhətləri ilə bir-birini cəlb edir, nəticədə isə fərqli tandem yaranır. Amma yuxarıda da qeyd etdiyimiz kimi, Avropada, Amerikada bu sayaq cütlüklər çox vaxt əyləncə, fərqlilik yaratmaq üçün həyata keçirilir. Nəticədə insanlar maddi baxımdan qazanmağı hədəfləyirlər.

YM