|
Lüksemburqda parlament seçkiləri keçirilib

Oktyabrın 14-də Lüksemburq Böyük Hersoqluğunda parlament seçkiləri keçirilib.

 

Hersoqluğun seçiciləri 10 siyasi partiyanı təmsil edən 547 namizəddən 60-na səs veriblər. İlkin nəticələrə görə, Xristian-Sosial Xalq Partiyasının namizədləri irəlilədir.

 

Seçkilərin nəticələrinə əsasən qarşıdan gələn 5 il ərzində ölkəni idarə edəcək hökumətin yeni tərkibi müəyyənləşək./Azərtac/