|
Bosniya və Herseqovinada NEZ-də partlayış baş verib, yaralananlar var

Bosniya Herseqovinanın Bosanski-Brod şəhərində yerləşən neft emalı zavodunda (NEZ) partlayış baş verib.

Trend-in məlumatına görə, yerli vaxtla saat 21:20-da Brod NEZ-də baş verən partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

 

Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Xəsarət alanlar xəsatəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilir.