|
Yakutiyada sərnişin avtobusu qəzaya uğrayıb: 9 yaralı

Yakutiyanın Xanqalask rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, avtobusun qəzaya uğramasl nəticəsində 9 nəfər xəsarət alıb.

 

Bildirilir ki, avtobus yolun kənarına aşıb. Buna səbəb yolun buz bağlaması olub.