|
Selena bu evini 2,7 milyon dollara satdı

Müğənni Selena Qomez Texas ştatında yerləşən malikanəsini satıb.

 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 2 il bundan əvvəl 3,5 milyon dollara satışa çıxardığı villanı Selena 2,7 milyon dollara sata bilib.

Məlumata görə, evdə yaşamaq üçün hər şərait var. Ev böyük zal, 8 nəfərlik yemək otağı, iri mətbəx, 5 yataq otağı, bir neçə hamam və oyun zalı ndan ibarətdir.