Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 7-də saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Hüseyn Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Şahin Piriyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
