|
6 yaşlı uşaq ağacdan yıxılıb kəllə-beyin zədələnməsi ilə xəstəxanaya düşdü

Tovuzda azyaşlı ağacdan yıxılıb.

Trend-in məlumatına görə, hadisə rayonun Çeşməli kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Məmmədli Kənan Vüqar oğlu həyətlərində meyvə ağacından yıxılıb.

 

Azyaşlı ağır kəllə-beyin zədəsi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.