|
Gədəbəydə bir otaqlı ev yanıb

Gədəbəydə evdə yanğın baş verib.

Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata əsasən, rayonun Dəyəqarabulaq kəndində ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​