|
Bağdadda partlayışlar nəticəsində ən azı 3 nəfər ölüb

İraqın paytaxtı Bağdadda baş verən 5 partlayış nəticəsində ən azı 3 nəfər ölüb.

Bu barədə Trend "Al-Sumaria" telekanalına istinadən xəbər verir.

 

Məlumata əsasən, paytaxtın müxtəlif rayonlarında törədilən partlayışlar nəticəsində həmçinin 12 nəfər yaralanıb.