İngiltərə millisinin və "Çelsi"nin sabiq müdafiəçisi Con Terri futbolçu karyerasını başa vurub.
Bu barədə 37 yaşlı oyunçunun özünün "İnstaqram" hesabında yazıb: "Möhtəşəm 23 ildən sonra futboldan getmək üçün doğru zaman olduğuna qərar verdim".
Qeyd edək ki, Terri 1998 - 2017-ci illərdə "Çelsi"də, 2017-2018 mövsümündə "Aston Villa"da çıxış edib. O, 5 dəfə İngiltərə çempionu, 5 dəfə ölkə kuboku, 3 dəfə İngiltərə Liqa kuboku, 1 dəfə Çempionlar Liqası və 1 dəfə Avropa Liqasının qalibi olub.
