Məşhur cütlük - Eşton Kaçer və Mila Kunis Los-Ancelesdə küçələrdən birində görüntülənib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük öpüşərkən paparazzilərə tuş gəlib.
4 ildir evli olan Eşton və Milanın ehtiraslı öpüşünü görənlər onlar arasında hələ də güclü sevginin olması kimi dəyərləndiriblər.
Qeyd edək ki, 6 ildir birlikdə olan 40 yaşlı Kaçer və 35 yaşlı Kunisin 4 yaşlı qızı Uayet və bir yaşlı Dmitri adlı oğlu var.

