Model Tülin Şahin sevgilisi Pedro De Noronha ilə ailə qurmağa hazırlaşır.
Cütlük 3 aya yaxındır tanış olub. Az müddətdə evlilik qərarı alan ikili toyun vaxtını hələ açıqlamayıb. Şahin evlilik üçün bir az vaxtın keçməsini istəyib. Buna səbəb kimi də işlərinin çox olmasını göstərib.
Qeyd edək ki , Tülin keçmiş həyat yoldaşı Memet Özerden ötən il boşanıb.
