|
DİN: Rusiyada axtarışda olan şəxs tutulub

Rusiyada axtarışda olan şəxs tutulub.

 

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Muxtar Nəcəfov saxlanılıb.