|
Türkiyədə polis və kəşfiyyat xidməti birgə əməliyyat keçirdi - 21 nəfər saxlanıldı

Türkiyə polisi və Kəşfiyyat Xidməti İzmir vilayətində PKK terror təşkilatının üzvlərinə qarşı birgə əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat nəticəsində 21 nəfər saxlanılıb.

Saxlanan şəxslərin terrorçularla sıx əlaqələri olduğu qeyd edilir.

 

Məlumata görə, daha 4 nəfər axtarışa verilib.

Əməliyyat çərçivəsində saxlanılanların kimliyi açıqlanmır.