|
Ərdoğanla Putin arasında təcili telefon danışığı
Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  axşam saatlarında  Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışıb.
Avropa.info  xəbər verir ki, prezident mənbələrindən  "Timetürk"ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərlə  yanaşı, Ukrayna məsələsi də müzakirə olunub. 
Prezident Ərdoğanın  martın 20-də  Ukraynaya edəcəyi səfərin də müzakirə olunduğu telefon danışığında , qondarma  "erməni  soyqırımı"  iddialarından da danışılıb. Ərdoğanın bu məsələyə ədalətli şəkildə, tarix prizmasından  yanaşılmasını istədiklərini, lakin, Ermənistanın konstruktiv danışıqlardan imtina etdiyini deyib.
Türkiyə prezidentinin telefon danışığı zamanı Ermənistanı sərt şəkildə ittiham etdiyi bildirilir.
İki lider arasındakı telefon  danışığının  təxminən 30 dəqiqə davam etdiyi öyrənilib.
Siyasi təhlilçilər Ərdoğanın qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində, bu barədə  Putinlə sərt  şəkildə danışması və erməniləri  ittiham etməsini  sıradan saymırlar. Hesab olunur ki, Putinin "erməni soyqırımı" ilə bağlı Ermənistanda təşkil olunan tədbirlərə qatılacağı haqqında açıqlaması, Ərdoğanın sərt üslubuna səbəb olub.