|
Prezidentlərin Qars görüşündə olay-Ərdoğan əsəbləşdi, protokol...(Video)
Türkiyə  prezident Ərdoğan  Azərbaycan prezidenti İlham Əliyevlə Qarsda  "Heydər Əliyev Texniki Məktəbi"nin açılışını edib.
Avropa.info xəbər verir ki, açılış zamanı Ərdoğanı əsəbləşdirən kuryoz  olay baş verib.
Mərasimdə əvvəlcə  Türkiyənin rəsmi himni, İstiqlal Marşı oxunub. Protokol qaydalarına görə, bundan  sonra   Azərbaycan Milli Himninin  də  səslənməsi  gözlənilib, lakin  himn səsləndirilməyib.
Buna ciddi şəkildə  əsəbləşən  Ərdoğan əvvəl protokol müdirini, sonra  isə  bu işə səlahiyyətli olan bəzi şəxsləri yanına çağırıb.  Türkiyə mətbuatının yazdığına görə, prezidentin protokol səhvinə  görə əsəbiləşdiyi üz cizgilərindən də görünüb.
Daha sonra, protokol müdiri  əlində mobil telefonla gələrək, Azərbaycanın himnini Ərdoğana dinlədib. Bundan sonra, Ərdoğan  çıxışını  yenicə  bitirən Azərbaycan prezidenti İlham Əliyevə telefonu uzadıb və  Azərbaycan dövlət başçısı  himnini dinləyəndən sonra, başı ilə Türkiyə  prezidentinə razılıq işarəsi bildirib. 
Ərdoğan kürsüyə çıxanda isə "əvvəlcə bir protokol səhvini düzəldək" - deyib və Azərbaycanın Milli Himni səsləndi.