|
Çempionlar Liqası: Lokomotiv öz meydanında məğlub oldu, PSJ isə rəqibini darmadağın etdi

Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda “Lokomotiv” Moskva doğma meydanda “Şalke”ni qəbul edib və minimal hesabla məğlub olub. Görüşdə yeganə qolu 88-ci dəqiqədə Makkinni vurub.

 

Digər oyunda “PSJ” doğma meydanda “Srvena Zvezda”nı 6:1 hesabı ilə darmadağın edib. Görüşdə Neymar (3), Kavani,di Mariya və Mbappe fərqləniblər.