|
Cənubi Karolinada atışmada ölən və yaralananlar var

ABŞ-ın Cənubi Karolina ştatının Florens şəhərində naməlum şəxs 5 polisə atəş açıb. Trend-in məlumatına görə, atəş açılan 5 nəfərdən 4-ü yaralanıb, biri isə dünyasını dəyişib.

 

Atışma hazırda dayandırılıb, şübhəli şəxs artıq saxlanılıb.