|
Çempionlar Liqası: Barselona səfərdə qalib gəldi, Liverpul isə məğlub oldu

Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda “Tottenhem” “Barselona”nı qəbul edib və 2:4 hesabı ilə məğlub olub. Trend-in məlumatına görə, görüşdə “Barselona”dan qolları Koutinyo, Rakitiç və Messi (2) vurub, meydan sahiblərinin heyətində isə Keyn və Lamela fərqlənib.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Atletiko Madrid – Brügge 3:1

Borussiya Dortmund – Monako 3:0

 

Portu – Qalatasaray 1:0

Napoli – Liverpul 1:0

PSV – İnter 1:2