Oktyabrın 9-da Nizami Kino Mərkəzində Kann film festivalında nümayiş olunan “Wonderful losers: A different world” film tamaşaçılara təqdim ediləcək.
AZƏRTAC-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən bildirilib ki, Mədəniyyət Nazirliyi və İttifaqın birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə, həmçinin filmin rejissoru Arünas Matelislə görüş keçiriləcək.
