|
Azərbaycanın əldə etdiyi neft-qaz gəlirləri açıqlanıb

“Əsrin müqaviləsi”ndən Neft Fondu 135,8 milyard dollar əldə edib

Azərbaycanın “Azəri-Çıraq-Günəşli”(AÇG) yatağından hasilatın başlandığı 2001-ci ildən 01 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Dövlət Neft Fonduna 135 milyard 887 milyon ABŞ dolları gəlir daxil olub.

Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, bu ilin 9 ayında AÇG yatağından hasil edilən neftdən quruma daxil olan vəsaitlərin həcmi 7 milyard 401 milyon ABŞ dolları təşkil edib.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 9 ayda 115 milyon ABŞ dolları olub.

“Şahdəniz” yatağından hasilatın başlandığı 2007-ci ildən 01 oktyabr 2018-ci il tarixinə əldə edilən ümumi gəlirlərin həcmi etibarən 2 milyard 506 milyon ABŞ dolları təşkil edib.