|
“Borussiya”da yeni müqavilə

Dortmund “Borussiya”sı Ceydon Sançonun müqaviləsini yeniləyib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 18 yaşlı futbolçunun yeni sözləşməsi 2022-ci ilə kimi nəzərdə tutulub. 

“Borussiya”ya 2017-ci ildə “Mançester Siti”dən transfer olunan ingilis yarımmüdafiəçi cari mövsüm Bundesliqada meydana çıxdığı 6 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə verib.