Aktyor Ozan Güven oğlu ilə birlikdə alış-veriş mərkəzlərindən birində görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun imicindəki dəyişiklik gözdən qaçmayıb.
Belə ki, Cem Yılmazın "Kara Komik Filmler" ekran işi üçün bığlarını uzadan aktyor çəkilişlər bitən kimi bığlarını da kəsdirib.
Ozan yeni filminin dekabrda nümayiş olunacağını bildirib.


