|
Əfqanıstanda seçki kampaniyası zamanı partlayış törədildi

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər həlak olub, daha 12 nəfər xəsarət alıb.

Bildirilir ki, partlayış parlament seçkiləri ərəfəsində namizədlərdən birinin seçicilərlə görüşü zamanı törədilib.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.