|
Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiyadasında liderdir

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması Batumidə keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiyadası çərçivəsində Polşa komandası ilə heç-heçə edib.

 

Trend-in məlumatına görə, yığmalar arasında hesab 2:2 olub.

 

Beləliklə 13 xalla turnirə Azərbaycan yığması başçılıq edir. Azərbaycanla bərabər Polşa və ABŞ yığmalarının da hesabında 13 xal var.