|
Fətullah Gülənin qardaşına hökm oxundu: 10 il 6 ay

Fətullah Gülənin qardaşı Kutbettin Gülən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Musavat.com-un məlumatına görə, o, silahlı terror təşkilatına üzvlükdə günahlandırılıb. Kutbettin Gülən İzmir 14-cü Ağır Cəza Məhkəməsinə Dənizlidə yerləşən cəzaçəkmə müəsisəsindən səs və görüntü sistemilə qoşulub. Onun vəkili isə məhkəmə zalında olub. Məhkəmənin qərarı ilə Kutbettin Gülən 10 il 6 ay müddətinə aadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Kutbettin Gülən 2016-cı ildə FETÖ istintaqı çərçivəsində tutulmuşdu.